Turşməzə dadı ilə yayın sevimli meyvələrindən hesab edilən alçanın bir çox faydalı xüsusiyyəti var.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alça bol lifli meyvə olduğu üçün həzm sistemi üçün olduca yararlıdır.

Bundan başqa, birləşdirici toxumanı gücləndirir, pəhriz zamanı maddələr mübadiləsini sürətləndirərək çəkini azaldır. Bu meyvə eyni zamanda güclü antioksidant xüsusiyyəti sayəsində immuniteti möhkəmləndirir, streslə mübarizədə yardımçıdır. Tərkibində yüksək dərəcədə C vitamini olduğundan diş ətləri üçün olduqca faydalıdır.

Sonda onu da qeyd edək ki, alçanı duzla yemək onun bir çox faydalı xüsusiyyətini zəiflədir.



loading...


                 

Digər