Aktyor ARB və "Lider" TV-ni tənqid etdi - "Bu millətlə nə düşmənçiliyiniz var?"

Aktyor ARB və "Lider" TV-ni tənqid etdi - "Bu millətlə nə düşmənçiliyiniz var?"
1797 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Azər Aydəmirov yerli televiziya kanallarını tənqid edib.

Axşam.az xəbər verir ki, aktyor sosial media hesabında ARB və “Lider” telekanallarının ünvanına sərt sözlər yazıb: 

“2-3 gün öncə yenə də öz aləmimdə Azərbaycan kanallarının monitorinqini aparırdım. ARB 24-ün möhtəşəm görüntüsü və peşəkar işıq şefinin işi məni sevindirdi. Halbuki, bu tərifi ARB TV-nin özünə şamil edə bilmirəm. Baxırsan ki, bir şirkətdir – biri ay gedir, digəri çaya.

İTV-nin “Pressinq” verilişi məni sevindirdi, diqqətimi cəlb etdi.

“Lider” TV-də “Ürək ağrısı” adlı serial göstərirdilər. Tənbəllik etmədim, axıra kimi baxdım. Dedim bəlkə, mən nəyisə başa düşmürəm. Bu, nədi? Sizin bu millətlə nə düşmənçiliyiniz var? Bunu kimə göstərirsiniz? Məqsəd nədir? O “prodüser”lər serialın vaxtına görə sizə nə qədər pul verirlər - 500-600 manat? Bu pul kanalın imicinə dəyərmi? Məqsədinizi açıq deyil, bilək ki, kanalın formatı nədir. Axı, niyə belə edirsiniz? Kimə işləyirsiniz? Bəlkə, ən asanı kanalı bağlamaqdır? Hörmətlə, tamaşaçı - “Ürək ağrısı” ilə!”.