Musa Yaqub xəstəxanadan evə buraxılıb

Musa Yaqub xəstəxanadan evə buraxılıb
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:

“Atama çox hərəkət olmaz. Fəxri ad verilən gün çox ziyarət edən oldu, yorulmuşdu. Belə olan halda da təzyiqi çox aşağı düşür. Xəstəxanaya apardıq. Sistem köçürüldü, hazırda səhhəti əvvəlki kimidir. Dünən evə gətirmişik, dincəlir”.

Xatırladaq ki, M. Yaqub bir neçə gün öncə Xalq şairi fəxri adını alıb. Daha sonra özünü narahat hiss edən şair İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.