"Bir vaxtlar el şənliklərindən imtina edirdim. Sonra isə şərt qoydum: Əgər məni toya dəvət edirlərsə, orada ancaq öz ifalarımı oxuyacam. Bunu ilk dəfə deyəndə, Vaqif müəllim (bəstəkar Vaqif Gərayzadə - red.) şoka düşdü. Hər zaman toyda məndən başqa mahnı gözləyirdilər, mən isə gəlib repertuarımdakıları səsləndirirdim. Böyük səhnələrdə etdiyim şouları toy səhnəsinə gətirdim".

Axşam.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni toy məclislərinə dəvət alanda şərtlər qoyduğunu deyib. O bildirib ki, heç bir məclisdə fonoqram oxumur:

"Polad Bülbüloğlunun bir sözünü hər zaman xatırlayıram: Əgər müğənni fonoqram oxuyursa, niyə onu toya çağırırsan? Elə kasetini qoy, ifa etsin də. Həm də vicdan məsələsi var. Aldığımız bəlli qonorar var ki, bu da kiçik məbləğ deyil. Sən də gəl, kaseti qoy, yalandan ağzını tərpət? Canlı ifa zamanı başqa proseslər baş verir. Gitara, saksafonla necə çıxıb fonoqram oxuya bilərsən?".

 



                 

Digər