"Dedim, yaxşı qardaşım, qələt etdim" - Vüsalə

"Dedim, yaxşı qardaşım, qələt etdim" -  Vüsalə
3306 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oğlana bütün sirlərini danışmaq olmaz, yoxsa qaçar. Ailənin xoşbəxt görünməsi üçün birlik lazımdır".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Aparıcı sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən söz açıb:

"Qonşularım haqqımda fikirləşir ki, mən milyonçuyam. Sosial şəbəkədə ən az təhqir olunan qadınlardanam. Bu yaxınlarda şortikdə şəkil paylaşdım, kişili-arvadlı hamı düşdü üstümə: biz səni belə görmək istəmirik. Dedim, yaxşı, qardaşım, qələt etdim".

Vüsalə "Ən güclü rəqibin kimdir" sualına "İnstaqram olmamışdan əvvəl də illərlə insanların yaddaşında qalmışam. Analıq məzuliyyətində olanda belə, bəziləri kimi yaddaşlardan silinməmişəmsə, demək yerimdə yaxşıyam" cavabını verib.