Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyevanın ailəsi ilə qalmaqalı səngimək bilmir.

Axşam.az xəbər verir ki, o, bu dəfə açıq-saçıq görüntülər sərgiləyən gənc qızın foto və videolarını sosial mediada paylaşıb.

Pərvanə iddia edib ki, paylaşımlarındakı şəxs atası Ağalar Dostəliyevin qızıdır, yəni, Pərvanənin ögey bacısı Rəvanə Dostəliyeva.

O, atasına səslənərək “Bax, Ağalar, yaxşı-yaxşı bax. Nəslin davamçısı” sözlərini yazıb.

Qeyd edək ki, Pərvanə bundan öncəki açıqlamalarında atasının ona təcavüz etdiyini, Nazpərinin isə onun müğənnilik fəaliyyətinin qarşısını aldığını söyləmişdi. Qızının bu şok iddialarına Ağalar Dostəliyev də cavab vermişdi. O, ittihamları əsassız adlanmırışdı:

“O, başdanxarabdır, anası dəlixanada da yatıb. Mən onu bir körpəlikdə, bir də bulvarda görüb, şəkil çəkdirmişəm. Onun anası xəstədir, oğurluq üstündə türməyə düşüb. Onlardan uzaq gəzirdim, onlara reklam lazımdır. Deyiblər ki, belə danış, səni qabağa çəkək. Ağzına gələni danışır, gah deyir qorxuram, gah deyir hamınızı öldürərəm. Mənim ailəm, oğlum var. Hamısı yanımdadır. İşdən çıxıb, evimə gedirəm”. 

 
 
 
 
 


loading...


                 

Digər