Çantalar və ayaqqabılar hər bir qadının vazgeçilməzidir. Bəs sevimli çantanızın sizin xarakterinizi əks etdirdiyini bilirsizmi?

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, xanımların bu sevimli aksesuarının bir çox növü var. Əslində çanta seçərkən fərqində olmadan xarakterinizə uyğun olana üstünlük verirsiniz.

Kiçik əl çantaları

Əgər bu tip çantalarına üstünlük verirsinizsə, gözəllik sizin üçün ön plandadır. Zərif və göstərişli tərziniz var. Ən əsası isə öz güvənli birisiniz. Kübar və yardımsevərsiniz.

Böyük çantalar

 

Böyük çantalar güvəndə olmaq istəməyinizin göstəricisidir. İçinə ehtiyacınız olan hər bir şeyi atabiləcəyiniz bu çanta eyni zamanda xeyirxah olduğunuzdan xəbər verir. Böyük çanta seçimi bir az da dağınıq olduğunuzu bildirir.

Uzun ipli çantalar

 

Uzun ipli çantalar sərbəstliyinə düşkün olan xanımların seçimidir. Rahatlığı sevənlərin vazgeçilməzidir.

Qısa ipli çantalar

 

Pratik və nəzarət etməyi sevən xanımların seçimidir. Dəqiq və cəldliyi sevənlər hər zaman bu cür çantalara üstünlük verir.



                 

Digər