Azərbaycan Dövlət Pantomima Teatrı iyunun 2-də balacalar üçün “Fəlakət və İnsan”nı növbəti dəfə göstərəcək.

Axşam.az xəbər verir ki, Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu əsər əsasında səhnələşdirilmiş eyniadlı tamaşa maarifləndirici xarakter daşıyır.

Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərir.



loading...


                 

Digər