Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO baş qərargahında cari ilin 30 iyun-10 iyul tarixində Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib.

Axşam.az xəbər verir ki, nazir Əbülfəs Qarayev çıxış edərək Komitədə müzakirəsi gözlənilən məsələlər barədə məlumat verib. Ə.Qarayev, həmçinin Azərbaycanın ev sahibi ölkə kimi bu tədbirə xüsusi önəm verdiyini, sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində keçiriləcək tədbirlərə hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib və ölkəmizin mədəniyyəti və inkişafı ilə bağlı film nümayiş etdirilib. Qeyd edilib ki, Azərbaycan 23 iyun-1 iyul tarixində Gənc Peşəkarlar Forumu, 26 iyun-4 iyul tarixində Abidə Menecerləri Forumu və nəhayət 30 iyun-10 iyul tarixlərində Komitənin 43-cü sessiyasının keçirilməsinə tam hazırdır.

Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü bildirərək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq nominasiya sənədləri, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklər və s. barədə çıxış edib.



                 

Digər