Ən gözəl bayram hədiyyələri

Ən gözəl bayram hədiyyələri
2104 dəfə oxunub
  • A-
  • A
  • A+

Dostluqların, ailə bağlarının möhkəmləndiyi, küsülülərin barışdığı bayram günlərində siz də sevdiklərinizə hədiyyələr alaraq onların könlünü xoş tuta bilərsiz.

Axşam.az Türkiyə mətbuatına istinadən hədiyyə seçimində çətinlik çəkənlərə kömək edəcək.

1. Dini mövzulu suvenirlər

 

Qarşıdan Ramazan bayramı gəlir. Sevdiklərinizə bu cür suvenirlər hədiyyə etmək yerinə düşər.

2. Təsbeh

 

Ramazan bayramına uyğun bir digər hədiyyə təsbeh ola bilər. Seçiminizi xüsusi qoxulu təsbehlərdən etsəniz daha yaxşı olar.

3. Kanvas tablo

Bayram günü qonaq getdiyiniz evə xatirə olaraq kanvas tablo alıb apara bilərsiniz.

4. Qədimi görünüşlü qəhvə üyüdən

Bir fincan qəhvənin 40 il xatirəsi var deyiblər. Bu cür hədiyyə sizə unudulmaz xatirələr bəxş edəcək.

5. Analar üçün çay dəsti

Bayramda anaları ziyarət etməsək olmaz. Alacağınızı nəfis çay dəsti onlar üçün ən dəyərli hədiyyə olacaq.

6. Uşaqlar üçün çanta

 

Bayramda uşaqları da unutmaq olmaz. Onlar üçün bir çox hədiyyə seçimi olsa da, fikrimizcə ən maraqlısı ada özəl çanta olacaq.