"Kolpa" qrupunun solisti Barış Yurtçu ilə nikah masasına oturmağa hazırlaşan aktrisa Deniz Baysal İstanbulun Etiler səmtində görüntülənib.

Axşam.az xəbər verir ki, toyu ilə bağlı planlarından bəhs edib.

"Sentyabrın 6-da İzmirdə sahildə toy edəcəyik. Karaoke kimi olacaq. Barış gecədə özü oxuyacaq. Digər müğənni dostlarımız da mahnılar səsləndirəcəklər" deyə, aktrisa bildirib.

Son olaraq "Söz" serialında Tolqa Sarıtaşla kamera qarşısına geçən Deniz toydan əvvəl Aras Bulut İynemli ilə birlikdə "Koğuştaki Mucize" adlı filmdə rol alacaq.



loading...


                 

Digər