Bal ayını 10 milyonluq villada keçirəcəklər

Bal ayını 10 milyonluq villada keçirəcəklər
6296 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Amine Gülşe və futbolçu Mesut Özil cütlüyünün toyu ilə bağlı xəbərlər hələ də gündəmdən düşmür.

Axşam.az-ın məlumatına görə, Boğazda gerçəkləşən toyda cütlük yaşadıqları eşq qədər etdikləri ilə də dillər əzbəri olub.

Geyindiyi gəlinlik çox danışılan Amine 3 dəfə paltar dəyişib. Gəlinliklər 2 aya hazırlanıb. 300 qonağın qatıldığı məclisə 800 min lirə (təxminən 234 min manat) xərclənib. Gecədə Amine Gülşeyə rekord sayda zinət əşyası taxılıb.

Cütlük Mesutun özəl düzəltdirdiyi Alaçatıda yerləşən 10 milyon lirəlık (təxminən 2,9 milyon manat) villada bal ayı edəcək.