Kanadada ən çox bu yerin fotosu çəkilir

Kanadada ən çox bu yerin fotosu çəkilir
3487 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadan şimal qərbindəki Nova Skotiya əyalətində yerləşən Peqqis Kav qəsəbəsi ölkənin gündəmindədir.

Axşam.az xəbər verir ki, bir-birindən gözəl evləri, qorunan memarlığı və yaşıl əraziləri ilə diqqət çəkən qəsəbə Kanadadan başqa ABŞ və Avropadan gələn turistləri cəlb edir.

1868-ci ildə işləməyə başlayan qırmızı mayaqla marağa səbəb olan qəsəbənin əhaləsinin yarıdan çoxu isveçlərdir. Bölgədə İsveç mədəniyyətini görmək də turistlərin diqqətindən yayınmır.

Hər il 3 milyon insanın ziyarət etdiyi Peqqis Kavda yerləşən mayak ölkənin ən çox fotosu çəkilən məkanıdır.

Bundan başqa, bölgədə 200 ildən çox əsas məşğuliyyət balıqçılıqdır. Hazırda ən gənc balıqçı 50 yaşındadır.