Yayın ləzzəti - Tərəvəz salatları

Yayın ləzzəti - Tərəvəz salatları
1615 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda salatlara daha çox ehtiyac duyulur.

Axşam.az sizə dadlı tərəvəz salatlarılnın reseptini təqdim edir.

Tərəvəzli-pendirli salat

İçindəkilər:

6 ədəd pomidor

100 qr mozarella pendiri

1 ədəd kişik qırmızı soğan

2 diş sarımsaq

Zeytun yağı

1-2 yarpaq reyhan, nanə

Hazırlanması:

Pomidorları mozarellanı dilimləyin. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan, nanə yarpağı düzün.

Toyuqlu pendir salatı

İçindəkilər:

1 ədəd toyuğun döş əti

Kahı

100 qr. pendir

2 ədəd pomidor

1 ədəd yumurta

14 xiyar

5 x.q soya sousu

Hazırlanması:

Yumurtanı soyutma bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın pomidor və pendiri də doğrayın. Hamısını qarışdırın, üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.