Pərpətöyünün orqanizmə faydaları

Pərpətöyünün orqanizmə faydaları
1917 dəfə oxunub
  • A-
  • A
  • A+

Məhşur ərəb təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir.

Bu bitkidən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edilir. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə - noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Bitkinin tərkibi eyni zamanda Omeqa 3 maddəsi ilə zəngindir ki, bu da uşaqlarda zehni inkişaf üçün olduqca vacibdir. Bol lifli tərəvəz oldu üçün qəbizlikdən əziyyət çəkənlərn üçün əvəzedilməzdir.

Pərpətöyündən gözəllik maskaları da hazırlanır. Bu cür maskalar dərini cavanlaşdırır, xırda qırışları hamarlaşdırır, eyni zamanda dərinin rəngini açır.