ADO parlamentin qarşısında çıxış edəcək

ADO parlamentin qarşısında çıxış edəcək
3232 dəfə oxunub
  • A-
  • A
  • A+

ADO teatrı Gürcüstan Parlamentinin qarşısında çıxış edəcək.

Axşam.az xəbər verir ki, ölkənin ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) tamaşası Gürcüstanın paytaxtı, Tbilisidə, Parlament binasının qarşısında 22 iyun, saat 19:00-da olacaq.

Teatr “Gic-Daban” (Crazy-Heel) tamaşası ilə çıxışını reallaşdıracaq. Küçə tamaşasına teatrın bir neçə performansı da əlavə olunub.

Səfərlə bağlı ötən gün teatr Gürcüstan meriyasına rəsmi müraciət edib, onlar ADO-ya müsbət cavab verib, eyni zamanda Gürcüstan polisinə məlumat verərək, nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib.

Qeyd edək ki, ADO teatrı Bakıda fəaliyyət göstərir, Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.