“Megafun”da “Həyəcan mövsümü” Aygün rüzgarı əsdirəcək

“Megafun”da “Həyəcan mövsümü” Aygün rüzgarı əsdirəcək
961 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan “Megafun” bir-birindən maraqlı layihələrlə ziyarətçilərini sevindirməkdə davam edir.

Axşam.az xəbər verir ki, iyunun 14-də qiymətli hədiyyələrlə zəngin olan “Həyəcan mövsümü” uduşlu lotereyasına start veriləcək. Məhz həmin gündən etibarən “Megafun”ın qonağı olan hər bir şəxs burada əylənmək və istirahət etməklə yanaşı uduşlu lotereyanın iştirakçısına çevriləcək.

“Bunun üçün nə etmək lazımdır” sualının sadə bir cavabı var. “Megafun” Ticarət və Əyləncə Mərkəzindəki atraksionlarda əylənərkən, mağazalardan alış-veriş edərkən, restoran və kafelərdə ləzzət dolu anlar yaşayarkən, gözəllik salonlarına özünüzə qulluq edərkən xərclədiyiniz hər 50 manatın çekini təqdim edin, lotereya kuponunuza sahib olun və lotereya iştirakçısına çevrilin. Əmin olun ki, buna dəyər. Çünki onlarla dəyərli hədiyyələrlə yanaşı, 2 “Wolksvagen Polo” avtomobili məhz sentyabrın 14-ə qədər öz sahibini gözləyəcək.

Sizcə, belə möhtəşəm aksiyayanın start düyməsinə kim basa bilər? Əlbəttə Azərbaycan estradasının Divası, Xalq artisti Aygün Kazımova. “Megafun” Aygün Kazımova ilə görüşə gəlmək arzusunda olanların hər biri üçün qucaq açır. Giriş tam pulsuz olsa da izləyiciləri parlaq və əyləncəli şou gözləyəcək.

Sizi iyunun 14-də və hər gün, hər zaman “Megafun”da gözləyirik! Gəlin, istirahət edin, əylənin və lotereyada iştirak edərək bir-birindən dəyərli hədiyyələr qazanın!

“Həyəcan mövsümü”nün bütün iştirakçılarına sevinc həyəcanını yaşamağı arzu edirik!