Amaliya Pənahovanın xatirəsi anılıb

Amaliya Pənahovanın xatirəsi anılıb
3642 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Film Fondunda Xalq artisti Amalya Pənahovanın anadan olmasının 74 illiyinə həsr edilən tədbir keçirilib.

Axşam.az xəbər verir ki, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə sənətkarın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Amaliya xanım ölməz dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan incəsənətində parlaq bir ulduz kimi doğub.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, Amalya xanım 40 ildən çox Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində elə iz qoyub, elə incilər yaradıb ki, ondan yaxşısını yaratmaq çətin olacaq.

Qeyd edilib ki, aktrisa rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın “Qızıl fondu”nda saxlanılır.