Dünyanın ən bahalı brendləri məlum olub

Dünyanın ən bahalı brendləri məlum olub
3604 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” dünyanın ən bahalı brendlərinin reytinqində lider olub.

Axşam.az "ICTnews"a istinadən xəbər verir ki, bir il ərzində şirkətin dəyəri 50%-dən çox yüksələrək 315,5 milyard dollara yaxınlaşıb.

Bu haqda “BrandZ 2019 Top 100 Most Valuable Global Brands” reytinqində məlumat verilib.

Dəyəri il ərzində 3% yüksələrək 309,5 milyard dollar təşkil edən “Apple” şirkəti reytinqdə ikinci yeri tutub. Hazırda dəyəri 309 milyard dollar məbləğində qiymətləndirilən “Google” şirkəti üçüncüdür.

“Facebook” şirkəti reytinqdə 6-cı pillənin sahibi olub. “Alibaba” şirkəti isə 7-ci yerə yüksəlib. Bir il ərzində “Alibaba” şirkətinin dəyəri 16% yüksələrək 131,2 milyard dollar olub.

Sosial şəbəkələr kateqoriyasında lider “Instagram” olub: hazırda auditoriyası 1 milyarddan çox istifadəçidən ibarətdir. 28,2 milyard dollar məbləğində qiymətləndirilmiş bu brend reytinqdə 44-cü yeri tutub.