Dilarə və İlqar göz yaşı tökdü - Video

Dilarə və İlqar göz yaşı tökdü -  Video
3420 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Söhbət var” verilişinin növbəti buraxılışında qonaq müğənni İlqar Xəyal olub.

Axşam.az xəbər verir ki, proqramda sənətçinin orta məktəb illəri ilə bağlı süjet hazırlanıb. Müəllimi və sinif yoldaşlarının sözləri ifaçını və verilişin aparıcısı Dilarə Əliyevanı kövrəldib.

“Bu mənim üçün həqiqətən böyük sürpriz oldu. Həyatımda ilk dəfədir ki, efirdə göz yaşlarına qərq oluram. Adətən digər verilişlərdə əvvəlcədən hazırlıq olur. Müğənninin özünə zəng edib deyirlər ki, sinif yoldaşının, müəlliminin nömrəsini ver, onunla danışmaq istəyirik. Amma bu həqiqətən sürpriz oldu.

Məktəbdə oxuyanda ilin 10 ayını dərsə gedirdik. Mən bu 10 ayın yalnız 2-3 ayını dərsə gedə bilirdim. Digər vaxtlarda qastrol səfərlərində olurdum. Peşəkar musiqi ilə məşğul olurdum. İlk dəfə Filarmoniyada dahi Maestro Niyazinin sinfonik orkestri ilə 45 dəqiqə ərzində konsert proqramı ilə çıxış edən mən olmuşam. O zaman 4-cü sinifdə oxuyurdum” deyə, İlqar söyləyib.