Təranənin illərdir davam edən qadağası bitdi

Təranənin illərdir davam edən qadağası bitdi
5612 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Təranə Qumralın 3 ildir davam edən ölkədən çıxış qadağası aradan qaldırılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşı Musa Musayevlə Rusiyaya səfər edib. Onlar ötən gün getdikləri səfərdən görüntüləri sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal yaşanmış, mübahisələri məhkəməlik olmuşdur. Beş ildən çoxdur davam edən məhkəmə prosesində Nazənin Təranədən təzminat və ondan üzr istəməsini tələb edib.

Təranə isə məhkəmə qərarlarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu il başa çatan prosesdə Təranə üzr istəməyəcəyini, tələb olunan məbləği ödəyəcəyini bildirib.