"Həyatımdan sildim" dediyi adaşının məclisində yallı getdi - Video + Fotolar

"Həyatımdan sildim" dediyi adaşının məclisində yallı getdi - Video + Fotolar
5963 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl Əməkdar artist Mətanət İsgəndərlinin ünvanına tənqidlər səsləndirən müğənni Mətanət Əsədovanın yenə də yalanı ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, Əsədova "Həyatımdan sildim" sözlərini dediyi İsgəndərlinin nəvəsinin ad günündə fotokameramıza tuş gəlib.

Mətanət Tuncayın məclisində həmkarı ilə qucaqlaşıb, rəqs edib, hətta onun ünvanına təriflər də yağdırıb.

Qeyd edək ki, M.Əsədova “Bir axşam” verilişində M.İsgəndərlinin ünvanına "Musiqi aləmində yalançı rəfiqələr var. Mətanət İsgəndərli haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram" sözlərini demişdi.

Foto: İlqam Cəbiyev