Cümə günü hava necə olacaq?

Cümə günü hava necə olacaq?
524 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda iyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimalı var.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 24-25° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 21-26° isti olacağı bildirilir.