"Əsas yaxşı insan olsun" - Sevdadan evlilik suallarına cavab

"Əsas yaxşı insan olsun" -  Sevdadan evlilik suallarına cavab
1651 dəfə oxunub
  • A-
  • A
  • A+
"Şəxsi həyatımda heç bir yenilik yoxdur. Qismət olanda, mən də ailə quracam. Bu işlər qismətdir, planla qurulan hadisə deyil. Hələ qismət deyil".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Yahyayeva "Şou news"a açıqlamasında deyib. Sənətçi ailə qurması ilə bağlı sualları cavablandırıb:

"Əsas odur ki, yaxşı insan olsun. Xeyirli evlilik arzulayıram. Özümə yaş həddi qoymamışam. Gec olsun, güc olsun. Zamanın axarına buraxmışam. Qısqancam, oğlaq bürcüyəm. Ancaq onu büruzə vermirəm".