Konsert üstündə dava edib, ayrıldılar

Konsert üstündə dava edib, ayrıldılar
2887 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir dostluq edən, duet ortağı olan, verilişlərə, şou-proqramlara bir qatılan  müğənnilər Niyam Salami ilə Aynur Dadaşova dalaşıb.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində deyib. Onun sözlərini proqramda yer alan Aynur da təsdiqləyib. Sənətçi dava etmələrinin səbəbini açıqlayıb:

"Heç kimin qəlbinə dəymirəm, artıq söz demirəm. Kimdənsə kobudluq görəndə, məni ağlamaq tutur. Niyam yaxşı dostdur, amma bir az əsəbidir. Hamı ilə əsəbi danışsan, ətrafında adam qalmaz. Konsertə dəvət etdi, tarixi əvvəlcədən bilmirdim. Ayın 8-i imiş, mən də həmin gün bir tədbirə dəvətli idim, beh almışdım. Dedim ki, Niyam, ya 7-si edək, ya 9-u. Hirsli idi. Dedi ki, yox, bu konsert olmalıdır. Gəlmirsən, gəlmə".