“Xərclədiyim pullar öz qazancımdır”

“Xərclədiyim pullar öz qazancımdır”
2190 dəfə oxunub
  • A-
  • A
  • A+

“Münasibətlərdə düz olmasam da, ədalətli insanam. Bunlar başqa anlayışlardır. Elə şeylər var ki, onları özümə bağışlamıram. Hesab edirəm ki, bu, tənbəlliyimdən irəli gəlir. Bu, uşaqlarıma qarşı da belədir. Onların da tənbəlliyini əfv etmirəm”

Axşam.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Ağ və qara” verilişində Xalq artisti Murad Dadaşov deyib.

Sənətçi biznesindən və işdəki uğurlarından söz açıb:

“İşdə uğursuzluq baş verəndə çalışıram nəticə çıxarım ki, bir də baş verməsin. Hər bir uğursuzluq yaradıcı insanın qəlbində çat deməkdir. Çatların sayı çox olanda, bu, sınmaq anlamına gəlir. Uğurlu insan olmaq üçün mütləq ki, uğursuzluğun dibini dadmalısan. Sadəcə düzgün nəticə çıxarmaq lazımdır.

Xoşbəxt insanam ki, peşəm kiminsə haqqını yeməklə, ədalətsiz addımlarla bağlı deyil. İşlədiyim sahə elədir ki, rəqabətdə istedadı olan insanlar qalib gəlir. Babamın, dayımın tapşırdığı iş deyil. Bu işdə nə qədər uğurlu olsan da, övladlarının uğurlu olmağını təmin edə bilmərsən. Xərclədiyim pullar öz qazancımdır. Ölkənin ilk və nadir şou-biznes sahibkarlarındanam. İnsanlara nümunəyəm. Şirkətimizlə yalnız bu sahə ilə məşğuluq. Fikirlərim kiminsə zövqünü oxşamaya bilər. Ancaq tənqidlər olanda maraqlanıram ki, nəyə görə bu insan mənə əks fikirdədir. Məntiqsiz, arqumentsiz fikirlər olanda məndə münasibətsiz rəy formalaşdırır, onlara önəm vermirəm. Deyirəm ki, dostlar kimsə tənqid edəndə bunu əsaslandırsın. Son zamanlar çərçivələr silinib və ünsiyyət körpüləri o qədər genişlənib ki, istədiyiniz insan haqda bildiyiniz və bilmədiyiniz fikirlər söyləyə bilərsiniz. O, insan doğrunu deyənədək hər kəs yalana inanır”.