Pulu oğurlayıb meymunun üstünə atdılar

Pulu oğurlayıb meymunun üstünə atdılar
889 dəfə oxunub
  • A-
  • A
  • A+

Nigeriyanın Kano şəhərindən qəribə hadisə baş verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buradakı zooparkda saxlanılan 190 min dollara yaxın pul yoxa çıxıb. Zooparkın maliyyə müdiri dindirilmə zamanı bildirib ki, pulu ofisə girən qorilla yeyib.

Ştatın qubernatoru isə bu ittihamı rədd edib.

"Həmin zooparkda qorilla saxlanılmadığı üçün pulu da yeyə bilməz. İlkin axtarışlar ortada silahlı basqının olduğunu göstərir" deyə, o bildirib.

Hadisə ilə bağlı artıq zooparkın mühasibi və gözətçisi də daxil olmaqla 4 nəfər saxlanılıb.