Üç ay əvvəl boşanan Demet ərə gedir

Üç ay əvvəl boşanan Demet ərə gedir
4517 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model Demet Şener gənc sevgilisi iş adamı Cenk Küpeli ilə evlənir.

Axşam.az Türkiyə mətbautına istinadən xəbər verir ki, bu ilin martında keçmiş basketbolçu İbrahim Kutluay ilə 11 illik evliliyi bitirən model sabah sadə nikah mərasimi ilə ailə quracaq.

Nikahda modelin və sevgilisinin ailəsi iştirak edəcək.

Onun keçmiş ərinin acığına evləndiyi iddialarına "İnsan inad uğruna ailə qurarmı? Evlilik müqaviləsi də imzalamamışıq. Bir-birimizi sevirik. Nikahda gəlinlik geyinəcəyəm" deyə cavab verib.

Model, uşaqlarının da onunla birlikdə yaşayacağını deyib.