Özcanın boşandığı arvadı ilə bağlı gerçək

Özcanın boşandığı arvadı ilə bağlı gerçək
6587 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli ifaçı Özcan Dəniz 15 aydır evləndiyi Feyza Aktandan boşanır.

Axşam.az xəbər verir ki, ötən gün yayılan xəbərlərdən sonra Feyza Özcanla fotosunu paylaşıb, iddiaları yalanlamışdı.

Lakin daha sonra cütlüyün boşanma ilə bağlı müraciət etdiyi sənədin fotosu yayımlanıb.

Sənəddə boşanma prosesinin mediadan gizli baş tutması üçün alınan qərar yer alıb. Eyni zamanda boşanmaq istəyən tərəfin Özcan olduğu üzə çıxıb.

Sənəddəki digər maraqlı məqam isə Feyzanın gerçək adı ilə bağlıdır. Belə ki, onun əsl adının “Fatıma” olduğu məlum olub.

Qeyd edək ki, cütlüyün bir oğlu var.