Bu gitara 6,7 milyona satıldı

Bu gitara 6,7 milyona satıldı
3193 dəfə oxunub
  • A-
  • A
  • A+

“Pink Floyd” qrupunun üzvlərindən olan Devid Cilmurun 1971-ci ildən bəri istifadə etdiyi gitara rekord qiymətə satılıb.

Axşam.az xəbər verir ki, sənətçiyə aid 127 gitara auksiona çıxarılıb. Ən bahalı gitara isə “The Black Start” olub. Müştərilərdən biri aləti 3 milyon 975 min dollara (təxminən 6 milyon 744 min manat) alıb.

Ümumilikdə isə gitaralardan əldə olunan gəlir 21 milyon 490 min 750 dollar olub və pulun iqlim dəyişikliyi ilə bağlı olan yardım dərnəklərinə veriləcəyi bildirilib.