Şahzadə Diananın paltarlarını satdılar - Fotolar

Şahzadə Diananın paltarlarını satdılar - Fotolar
4241 dəfə oxunub
  • A-
  • A
  • A+

22 il əvvəl avtomobil qəzasında həlak olan şahzadə Diananın qarderobunda olan 3 paltar hərraca çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman zövqlü geyimləri ilə seçilən şahzadənin 1988-ci ildə bir dövlət ziyafətində geyindiyi Katerina Valker imzalı paltar 93 min sterlinqə (təqribən 200 min manat), 1986-cı ildə Devid və Elizabet Emanuel tərəfindən hazırlanan geyim 120 min sterlinqə (təqribən 258 min manat) satılıb.

1984-cü ildə geyindiyi Casper Conran imzalı paltarı isə nisbətən daha ucuz qiymətə, 62,5 min sterlinqə (təqribən 135 min manat) alıcı tapıb.