95 yaşlı milyarder 79 yaşlı sevgilisi evləndi

95 yaşlı milyarder 79 yaşlı sevgilisi evləndi
4867 dəfə oxunub
  • A-
  • A
  • A+

95 yaşlı norveçli milyarder Olev Ton 79 yaşlı sevgilisi Sissel Haqa ilə ailə qurub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, toy Osloda keçirilib. Cütlüyün sevgi münasibəti 35 ildir ki, davam edir. Milyarder Sissel ilə 35 il əvvəl, hələ evli ikən  tanış olub. Onun alzaymer xəstəliyindən əziyyət çəkən xanımı ötən il vəfat edib. Sissel də əvvəllər ərdə olub. Onun 3 övladı var. Milyarderin isə varisi yoxdur.

Qeyd edək ki, Tonun daşınmaz əmlak sahəsi üzrə kapitalı 2013-cü ildə 6 milyard dolları ötmüşdü. 2014-cü ildə isə o, sərvətinin böyük bir qismini xeyriyyə işlərinə sərf edərək, özünə cəmi bir milyard dollar saxlayıb.