Ledi Qaqa mükafatlarını niyə hamamda saxlayır?

Ledi Qaqa mükafatlarını niyə hamamda saxlayır?
4656 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli ifaçı Ledi Qaqa “Hürriyət” qəzetinə müsahibə verib.

Axşam.az xəbər verir ki, bu il 9 “Qremmi” və bir “Oskar”ın sahibi olan sənətçi mükafatlarını hamamda və mətbəxdə saxladığını açıqlayıb.

O, bunun səbəbini isə belə izah edib:

“Səhər oyananda ilk getdiyim yer hamam və mətbəxdir. İçəri girəndə onları görürəm və öz-özümə “Bax, sən bunu bacardın!” deyirəm”.

Müğənni daha sonra müsahibəsində bunları söyləyib:

“Başqalarını bilmirəm, amma həmişə ideallarımın, ilhamlandığım insanların olmasını istəyirəm. Həmişə sizdən yuxarıda olan biri olmalıdır. Qibtə etdiyiniz biri yoxdursa, bir müddət sonra özünüz ideal kimi görəcəksiniz. Yaxşı hadisələr üçün stereotipləri qıran bir insan olmaq istəyirəm”.