Amine Gülşe baş rol təklifini rədd etdi - ana olmaq istəyir

Amine Gülşe baş rol təklifini rədd etdi - ana olmaq istəyir
5910 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin TRT kanalında yeni mövsümdə bir sıra yeni seriallar yayımlanacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan biri də Tolqahan Sayışmanın rol alacağı "Çempion" serialıdır.

Aktrisa Amine Gülşeyə bu serialda baş rol təklif edilib.

Amine isə ərinə daha çox zaman ayırmaq, eyni zamanda övlad sahibi olmaq istədiyi üçün serailda oynaya bilməyəcəyini deyib.

Qeyd edək ki, aktrisa keçdiyimiz günlərdə futbolçu Mesut Özil ilə ailə qurub.