Arif Məlikovun nəvəsi: "Sənin ruhun mənim içimdədir"

Arif Məlikovun nəvəsi: "Sənin ruhun mənim içimdədir"
1953 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum xalq artisti, dahi bəstəkar Arif Məlikovun həyatından bəhs edilib.

Axşam.az xəbər verir ki, xalq artistinin ailə üzvləri, sənət yoldaşları onunla bağlı xatirələrini danışıb.

Dahi bəstəkarın nəvəsi Aminə Məlikova isə babasının ölümünü qəbul etməyin çox çətin olduğunu bildirib: 

"Son illərdə babam bir çox xəstəliklərdən əziyyət çəkirdi və bu xəstəlikıər onu çox zəiflətmişdi. Onun həftədə 2 dərsi var idi və o, dərslərdə iştirak edə biıməyəndə çox narahat olurdu. Babam yavaş-yavaş zəifləməyə başladı və bir gün o yox oldu. Mən indi qəzeti açıb görəndə ki, babam fəxri xiyabanda dəfn olunub. Öz-özümə deyirəm ki, dünya şöhrətli bəstəkar Arif Məlikov dünyasını dəyişib. Babamın artıq bizimlə olmadığını dərk etmək çox çətindir. İnana bilmirəm ki, artıq babam bizimlə deyil. Həm mənim nənəm, həm də mənim üçün. O elə bir insan idi ki, otağa girəndə sanki, otaq işıqlanırdı. Tələbələri üçün də onun yoxluğu olduqca çətindir. Ancaq heç bir söz onu bizə qaytarmayacaq. Baba, mən doğrudan da çox xoşbəxtəm ki, sən mənim həyatımda var idin. Sənin mənə olan məhəbbətin son anımadək mənlə birgə olacaq. Hiss edirəm ki, sənin ruhun mənim içimdədir".