"Lenta.ru" saytı Azərbaycan xalqından üzr istədi - Foto

"Lenta.ru" saytı Azərbaycan xalqından üzr istədi - Foto
1898 dəfə oxunub
  • A-
  • A
  • A+

23 iyunda “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.