"Məni sevmir..." - Günel

"Məni sevmir..." -  Günel
2521 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sözün düzünü dediyim üçün çoxu məni sevmir. Çalışıblar ki, ayağımın altını qazsınlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Hüseynova bacıları" verilişində deyib. İfaçı sənət dostlarının onu sevmədiyini deyib:

"Deyiblər ki, ailəlidi toylara getmir, bura getmir. Bu sözləri müğənnilər də, prodüserlər də deyir. Loru dildə desək, burublar. Hamıyla yola gedirəm. Hamı da məni görəndə yalandan şirinliklər edirlər. Mərdiməzarçılıq var".