Azərbaycanlı aktyorlar Gürcüstanda küçə tamaşası göstərdi - Fotolar

Azərbaycanlı aktyorlar Gürcüstanda küçə tamaşası göstərdi - Fotolar
4418 dəfə oxunub
  • A-
  • A
  • A+

ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstanın paytaxtı, Tbilisidə, “Azadlıq! metrosunun qarşısında çıxış edib.

Axşam.az xəbər verir ki, teatr bu dəfə Gürcüstana yeni hazırladığı “Gic-Daban” (Crazy-Heel) tamaşası ilə gedib. Küçə tamaşasına teatrın bir neçə performansı və repertuarındakı digər performanslar əlavə olunub. Gürcü mediası teatrın küçə tamaşasını işıqlandırıb.

Qeyd edək ki, ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.