Azərbaycanlı gəncin 2,3 milyonluq saatı oğurlandı

Azərbaycanlı gəncin 2,3 milyonluq saatı oğurlandı
2020 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyanın İbiza adasında oğru azərbaycanlı turistin 1,2 milyon avro (təxminən, 2 milyon 311 min manat) dəyərində olan qol saatını oğurlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Daily mail” nəşri yazır.

Bildirilir ki, təxminən 30 yaşında olan oğru İbiza sahillərində gəzən 22 yaşlı azərbaycanlını günorta saatlarında qarət edib. Zərərçəkmiş qolundan və biləyindən yaralanıb. O, dərhal polisə müraciət edərək, oğrunun tapılmasını istəyib. Məqalədə azərbaycanlının adı çəkilməyib.

Qeyd edək ki, dünyada sadəcə 75 ədəd olan bu saat “Richard Mille” brendinə məxsusdur və 40 qram ağırlığındadır.