Hüsniyyədən həmkarlarının ev almasına reaksiya

Hüsniyyədən həmkarlarının ev almasına reaksiya
3719 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova ötən gün həmkarı Vəfa Zeynalova evlə mükafatlandırılandan sonra yazdığı statusla diqqətləri üzərinə toplayıb.

Axşam.az xəbər verir ki, sənətçi ona ev verilməməsindən şikayətlənib və tənəli sözlər yazıb:

“Heç nə istəmirəm, nə ev, nə şərait... Elə 10 nəfərlə ata evində qalmaq yaxşıdır, vallah. Biz mehriban ailəyik. Birdən evim olar, özümü pis hiss edərəm. Daha rahat yaşasam, mənə pis təsir edər. Yox, olmaz. Bu gün-sabah 50 yaşım olacaq. Nə qalıb ki, ev alaram, düşər düşməzi olar – ölüb edərəm. Yox, evi neynirəm? İstəmirəm!”.

Qeyd edək ki, Mürvətova bundan öncə də evsizlikdən şikayətlənmişdi. Ancaq o, Sumqayıtda yaşasa da, bir müddət öncə 2013-cü ildə Bakıda ev aldığını sosial şəbəkədə yazmışdı.