"70-100 milyon oğurlayırlar" - Məmurlara söz atdılar

"70-100 milyon oğurlayırlar" -  Məmurlara söz atdılar
2022 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov yeni çəkdikləri video çarxla müzakirələrə səbəb olublar.

Axşam.az-ın məlumatına görə, aktyorlar bu dəfə məmurları ələ salıblar. Bağırzadənin İnstaqramda yerləşdirdiyi videoda T.İmanov vəzifədə olan məmur obrazını canlandırıb.

"27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla" deyə, İmanov deyib.