"Pərvini Kənana qısqanmıram" - Aygün

"Pərvini Kənana qısqanmıram" -  Aygün
6167 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türkiyəyə gəzməyə gedirik. Kənan da buradadır, yeni mövsümdə qayıdacaq ora. Kənanın işlərinə qarışmıram. Onun şou-biznesdəki insanlarla münasibətinə, qalmaqallarına, gördüyü işlərinə qarışmıram. Ailəmdir, bir yana. Amma şəxsi işlərinə qarışmıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Aygün Mahmudova "5/5" verilişində deyib. O, rejissor-aktyor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavabsız qoyub. Aygün bildirib ki, ailəsi ilə bağlı məsələləri danışmağı xoşlamır.

Sənətçi aktrisa Pərvin Abıyeva ilə Kənan haqda çıxan şayiələrə də münasibət bildirib. O, aparıcısının "Sənə halaldır. Pərvini Kənana qısqanmırsan" sözlərinə belə cavab verib:

"Yox, ayıb deyil... Pərvini tanıyıram. Qısqanmaq yoxdur...".

Qeyd edək ki, Pərvin Kənananın lentə aldığı üç filmdə rol alıb. Onlar "Maşın" şouda iştirak edərkən yaxın münasibətləri müzakirələrə səbəb olmuşdu.