Dilarə ilə Pərvinin əzələ qalmaqalı

Dilarə ilə Pərvinin əzələ qalmaqalı
2401 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Dilarə Kazımova ilə aktrisa Pərvin Abıyeva arasında əzələ qalmaqalı yaşanıb.

Axşam.az-ın məlumatına görə, aktrisa sənətçinin qarın əzələlərinə sataşıb. Pərvin "Şou news"a açıqlamasında müğənninin ünvanına "Mənim qarın əzələlərim onunkundan qat-qat qəşəngdir" sözlərini deyib.

Dilarənin də aktrisaya cavabı gecikməyib. O, Abıyeva ilə qalmaqal yaşamaq istəmədiyini bildirib:

"Bizim münasibətimiz gözəldir. Pərvinin öz fikridir. Hamı öz fikrini bildirməkdə sərbəstdir. Açıq danışmaq normaldır".