Rəqqasə Renka Ağamuradova əyləncəli sualları cavablandırıb.

Axşam.az sənətçinin qısa müsahibəsini təqdim edir:

– Kişi olsaydınız, Renka ilə sevgili olardınız?

– Yox! Qətiyyən özümlə sevgili olmazdım.

– Niyə?

– Ərköyün, sözəbaxmayan, azadlığı hər şeydən çox sevən qadınla sevgili olmazdım.

– Qeybət edirsiniz?

– Yox, qeybət etməyi sevmirəm.

– Qarşı cinsdən gözləntiləriniz nələrdir?

– Kişi romantik olmalıdır.

– İndiyədək eşitdiyiniz ən yaxşı kompliment hansıdır?

– Axır ki, səni paltarda gördük (gülür).

– Sabah öləcəyinizi bilsəniz neyləyərsiniz?

– Qorxumdan ağlayaram.

– Niyə restoranlarda hesabı ən çox kişilər ödəyir?

– Hesabı da biz ödəsək, daha nə oldu?

– Etdikləriniz günah olmasa, hansı addımları atarsınız?

– İndiyədək günah sayılan nələr etmişəmsə, yenidən təkrarlayaram.

– Kosmosda tək olsanız, nə edərsiniz?

– Kosmosda ancaq rəqs edə bilərəm (gülür).

– Atdığınız ən cəsarətli addım hansıdır?

– Azərbaycanda oriental rəqs etmək elə cəsarətdir...

– Həyatınızda nə olmasa, yaşaya bilmərsiniz?

– Uşaqlarım olmasa, yaşaya bilmərəm.



                 

Digər