Mədə insan orqanizminin həyat əhəmiyyətli üzvüdür və başqa orqanlarla sıx əlaqədardır. Mədənin xəstəliyi insanın sinir sistemi ilə birbaşa əlaqədar olub, mədə şirəsinin düzgün ifraz olunmaması və mədə divarının sinirinin pozulması nəticəsində yaranır. Onun selikli gişasının qızarması nəticəsində əmələ gələn xəstəliklərdən biri də mədə xorasıdır.

Axşam.az xəbər verir ki, son zamanlar bütün dünyada, o cümlədən Azərbaycanda da mədə xorası xəstəliyinə tez-tez ras gəlinir. 

Xora xəstəliyi mədədə və onikibarmaq bağırsaqda xora əmələ gəlməsi ilə gedən sərbəst xronik residivləşən xəstəlikdir. Mədə xorasının əmələ gəlməsi səbəblərindən stress birinci yerdədir:

Xora bir çox səbəblərdən meydana gəlir:

· İrsi meyllilik
· Qida rejiminin pozulması
· Spirtli içkilər, nikotin, kofein
· Stress
· Helicobacter - pylari infeksiyası

Mədə xorasının yaranmasının 70 faizinə səbəb helikobakter - pilari infeksiyasıdır. Bu xəstəlik mədə şirəsinin ifrazının pozulması, turşuluğunun artması ilə başlayır. Hələ üstəlik müntəzəm olaraq ağır yeməklər yemək mədənin işini ağırlaşdırır. Qeyd edək ki, bəzi xəstəliklərə, məsələn, revmatizmaya, ürək-damar xəstəliklərinə qarşı qəbul olunan dərmanların əksəriyyəti də mədə xorası yaradır».

Kəskin və xroniki xora

Mədə xorası iki formada olur: kəskin və xroniki. Kəskin mədə xorası zamanı xəstədə ağrılar əsasən, gecələr olur: Bu zaman xəstə ağır sancılardan əziyyət çəkir. Bəzən isə ürəkbulanma, mədəaltı vəzinin ağrıması halları olur. Xora dairəvi və oval formada olub, fibrin ərplə örtülür.
Xroniki xora sağaldıqdan sonra belə yeri qalır. Qida rejiminin pozulması zamanı bu çapıqların üstü açıla və qanaxma baş verə bilər.

Mədə yarasının ilkin əlamətləri:

Bu xəstəlik epiqastral (qarınüstü) nahiyədə ağrılarla müşayiət olunur. Ağrı bəzi hallarda döş qəfəsinə, ürək nahiyəsinə də vura bilər. Ağrı qida qəbulundan 1 saat sonra olursa, «buna mədənin yuxarı hissəsinin xorası» deyilir. Yeməkdən 2 saat sonra olursa, bu, mədə çıxacağının xorasıdır. Əgər gecələr ac olduqda ağrılar meydana gəlirsə, bu, onikibarmaq bağırsağın xorasıdır. Bu zaman xəstə bir az yeyən kimi ağrı keçir.

Xəstəliyi çox vaxt pəhriz və fizioterapiya ilə müalicə etmək mümkündür. Yağlı, duzlu, quru, turş yeməklərdən imtina edilməli, qida rasionundan sitrus meyvələri çıxarılmalıdır.



                 

Digər