Əməkdar artist Çində konsert verib

Əməkdar artist Çində konsert verib
4134 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin ən iri şəhərlərindən olan Kunmində simfonik, opera və balet musiqisinə həsr olunmuş silsilə konsertlər keçirilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Kunmin "İpək Yolu" Filarmonik orkestrinin ifasında dörd müxtəlif proqram dinləyicilərə təqdim edilib.

Geniş və rəngarəng musiqi proqramı orkestr üçün yazılmış ən mürəkkəb əsərlərdən biri sayılan Rixard Ştrausun "Don Juan" simfonik poemasından dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl" baletinə qədər olan böyük bir yaradıcılıq coğrafiyasını əhatə edib.

Balet nümunələri sırasında P.Çaykovskinin "Sonalar gölü", "Yatmış gözəl", S.Puni "Esmeralda", L.Minkusun "Don Kixot", K.Sen -Sansın "Qu quşu" kimi məşhur əsərləri də yer alıb.

Silsilə konsertlərinin son bölümü opera musiqisinə həsr olunduğu üçün burada V.A.Mosartın "Fiqaronun toyu", "Sehrli fleyta", J.Bizenin "Karmen", V.Bellini "Norma", F.Leqarın "Juditta , M.Lısenkonun "Taras bulba", S.Biksio, E. De Kapua və P.Boyçenkonun əsərlərinə xüsusi yer ayrılıb.