Göbələkdən əziyyət çəkirsinizsə, bunları edin

Göbələkdən əziyyət çəkirsinizsə, bunları edin
7802 dəfə oxunub
  • A-
  • A
  • A+

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir.

Axşam.az-ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onun qarşısını ev şəraitində almaq heç də çətin deyil.

Aşağıdakı vasitələrlə həm əl, həm də ayaqdakı göbələyi sağalda bilərsiniz:

· Kofe dəmləyib, dırnaqlarını içərisində 20 dəqiqə saxlayın. Bu prosesi gündə bir dəfə, 1 həftə ərzində edin.

· Suya bir az duz, çay sodası və şərab sirkəsi töküb, ayaqlarınızı və əllərinizi vanna edin.

· Nanəni əzib, bir az duz töküb, göbələk olan hissəyə düzün. 1 saat saxladıqdan sonra yuyun.