Xalq artisti Rusiyada "Qaratoxmaq qadın"ı ifa edəcək

Xalq artisti Rusiyada "Qaratoxmaq qadın"ı ifa edəcək
4056 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, iyulun 18-də və 20-də səhnə əsərində Tomskinin partiyasını Xalq artisti Elçin Əzizov ifa edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.