Keçmiş ANS TV-də yayımlanan “Dəlisov Anastasiya” serialının baş qəhrəmanı venesuellalı aktrisa Norkis Batista paylaşımları ilə diqqət mərkəzindədir.

Axşam.az xəbər verir ki, İnstaqramda 5 milyondan çox izləyicisi olan sənətçi hələ də ölkəsinin ən tanınan aktrisası ünvanını qoruyur. Müxtəlif idman brendlərini reklam edən Norkis, eyni zamanda teatrda da fəaliyyət göstərir.

N.Batistanın paylaşımlarında tamaşasına gələnlərin çoxluq təşkil etdiyi, hətta biletlərin vaxtından tez satılması barədə məlumatlar yer alır.

Qeyd edək ki, Norkis hazırda 42 yaşındadır. Onun rol aldığı “Dəlisov Anastasiya” serialı isə Azərbaycanda 14 il öncə yayımlanıb.

 
 
 
 
 
 
 
 
 


                 

Digər