Bacısının zəngi Rüfəti ağlatdı - Fotolar

Bacısının zəngi Rüfəti ağlatdı -  Fotolar
8562 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə aydır efirlərdən uzaq qalan müğənni Rüfət Axundov bu gün "Hər şey daxil" proqramının qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi verilişə uzun illərdir dostluq etdiyi Aynur Dadaşova ilə birlikdə qatılıb.

Rüfət toy məclislərində başına gələn hadisələrdən söz açıb. O bildirib ki, dəfələrlə ona yüksək qonorarla toy təklif ediblər, amma geri çevirib:

"Söz verirəmsə edirəm. Nəyisə satıram, sonra çox pul versələr də geri qaytarmıram. Hətta toyda beh verirlər, həmin günə daha bahalı toy gəlir. Amma mən imtina edirəm".

Rüfət "Şou-biznesdəkilərlə dostluq olmaz" deyənlərə cavab verib:

"Hamıyla dostam. Gərək zər qədrini zərgər bilər. Bir-birimizi tutmalıyıq".

Rüfət anası ilə bağlı maraqlı hadisə danışıb:

"Yalan danışmayacam, bütün dərslərdən 2 almışam. Anam müəlliməm idi. Mənə 4 yazmışdı. Dedim ki, ana hamıya 4 yazırsan, yoxsa, gözləyirsən sənə Nazpəri xanımın şokolad qutusundan gətirsinlər? Ya hamıya 4 yaz, ya da mənə 2 ver. Məktəbdə müəllimələr tərəfindən döyülmüşəm də".  

Sənətçinin bacısı Milana xanım efirə zəng edib, onunla bağlı sualları cavablandırıb. Bacısının sözlərinə Rüfət kövrəlib:

"Rüfət həm atam, həm anam, həm də qardaşımdır. Bizim qardaş-bacı münasibətimiz yoxdur. O mənim hər şeyimdir. Hər şeyə görə özünü qurban verir. Məktəbdə də mən nə səhv edirdim, gedib boynuna götürürdü".